Uzun sürən “long-covid”in əlamətləri açıqlandı

  • 2021.07.31 18:08
  • 2228 Baxış
Uzun sürən “long-covid”in əlamətləri açıqlandı

Moskvanın Kommunarka xəstəxanasının baş həkimi Denis Proçenko koronavirusu daha uzun müddət keçirənlərdən danışıb. Elə xəstələr var ki, xəstə 2 ay və daha uzun müddəyə kovidlə bağlı əlamətləri hiss edir, hələ də əvvəlki həyatına qayıda bilmir. Buna müasir tibbdə long kovid deyilir.


Medicina.az xəbər verir ki. indiki halda long-kovidə yol verməmək üçün peyvənd olunmaq lazımdır.

Həkim uzunmüddətli kovidin əlamətlərini açıqlayıb. Bunlar koqnitiv davranış disfunksiyası, yaddaş pozulması, tez yorulma, təngnəfəslik, panik atak, depressiya, işləməyə həvəsin olmaması, gəzəndə ağrılar, baş ağrıları və s.

ÜST nümayəndəsi Canet Dias uzun dövrlü koronavirusun 200 simtpomunun olduğunu bildirmişdi.


Onlardan ən çox rast gəlinəni: depressiya, bədən ağrıları, gücsüzlük, təngnəfəslikdir.