Üzüüstə yatanlara xəbərdarlıq

  • 2026.07.30 17:44
  • 111 Baxış
Üzüüstə yatanlara xəbərdarlıq

Türkiyəli ortopediya mütəxəssisi Prof. Dr. Turgut Akgül onurğa sağlamlığını qorumaq üçün düzgün yuxu vəziyyətinin vacib olduğunu bildirib.

Medicina.az xəbər verir ki, o üzüüstə yatmaq boyun fəqərələrində həddindən artıq dönməyə səbəb ola bilər və bu səbəbdən tövsiyə edilmədiyini bildirib.

Mütəxəssis arxasıüstə və ya yan yatmağın onurğa üçün daha uyğun olduğunu qeyd edib.

Akgül uzun müddət oturaq qalmağın, yanlış duruşun və zəif əzələlərin bel və boyun problemləri riskini artırdığını vurğulayıb. O, mütəmadi hərəkət etməyi və onurğanı dəstəkləyən əzələləri gücləndirməyi tövsiyə edib.

Xanım,
Medcina.az