Vaginal qoxunun səbəbi nədir? – Xanımların DİQQƏTİNƏ!

  • 2019.11.07 12:41
  • 23059 Baxış
Vaginal qoxunun səbəbi nədir? –  Xanımların DİQQƏTİNƏ!

Mikroorqanizmlər,
bütün bədən girişlərində olduğu kimi, vaginal bölgədə də mövcuddur.Bu
mikroorqanizmlərə flora deyilir. Vaginal bölgədəki hüceyrələr də hormonlarla əlaqəlidir.
Eynən ağzımızdakı tüpürcək kimi, vaginal bölgədə də bir ifrazat yaranır.



Medicina.azxəbər verir ki, reproduktiv yaşda olan qadınlarda vaginal axıntı olması
normaldır. Əksinə vaginal axıntının olmaması anormal hesab edilir. Hər qadınınbədəni
və hormonları fərqlidir, buna görə fərdi bir axıtma var. Ancaq vaginal axıntı
normal olaraq rəngsiz və qoxusuz olmalıdır.




Pis
qoxulu, ağ rəngli, selikli və həddindən çox gələn vaginal axıntı ciddi sağlıq
problemlərinə işarədir. Qeyd edək ki, axıntının qatılığı menstruasiya dövrünə
yaxınlaşdıqca artır və menstruasiya dövründən sonra daha maye olur. Vaginada
xoşagəlməz bir qoxu varsa, bir mütəxəssislə məsləhətləşin.



Pis qoxunu necə keçirməli?


Vaginadakı
pis qoxudan qurtulmaq üçün ilk növbədə təmizliyə diqqət yetirilməlidir. Vagina
havalandırılmalı və quru olmalıdır. Pambıq alt paltarları istifadə edilməlidir,
sintetik paltar geyinilməməlidir. Çünki pambıq alt paltarları və paltarlar dərinin
nəfəs almasına imkan verir və bununla da vaginada zərərli axıntıların qarşısını
alır.



Bəzi
insanlar vagjinadakı pis qoxunu aradan qaldırmaq üçün dezodorant kimi kosmetik
məhsullardan istifadə edirlər. Bu bölgəyə dezodorant sıxmaq çox səhvdir, allergik
reaksiyalara səbəb ola bilər.



Vaginada
xoşagəlməz qoxunun qarşısını necə almaq olar?


Bol su
istehlak etmək yaxşıdır, çünki su
bədəndəki
toksinləri aradan qaldırır. Kafein və şəkərli içkilərdən uzaq durmaq da , pis
qoxuya qarşı da təsirli olur.


Xoşagəlməz
qoxunun keçməsi sualına başqa bir cavab çəmən otudur. Müntəzəm olaraq istehlak
edildikdə, qoxunu xeyli dərəcədə aradan
qaldırır. Bu vasitə hətta hormonları tənzimləyir və mütəmadi menstruasiyanı təmin edir.



1 stəkan
su və 1 çay qaşığı çəmən otu əlavə edib bir qədər dəm almasını gözləyin. Daha
sonra yatmazdan əvvəl və səhər yuxudan
oyanarkən acqarına içmək tövsiyə olunur.



Vaginal qoxunun səbəbi nədir? –  Xanımların DİQQƏTİNƏ!
Vaginal qoxunun səbəbi nədir? –  Xanımların DİQQƏTİNƏ!
Vaginal qoxunun səbəbi nədir? –  Xanımların DİQQƏTİNƏ!