Vaginizm barədə 5 suala cavab – Türk həkimdən açıqlama

  • 2023.06.05 17:31
  • 2374 Baxış
Vaginizm barədə 5 suala cavab  – Türk həkimdən açıqlama
Vaginal problemlər qadın sağlamlığına və eləcə də münasibətlərə mənfi təsir göstərir.


“Medicina” xəbər verir ki, Türkiyəli mütəxəssis həkim Şenay Eserdağın sözlərinə görə, bütün dünyada kifayət qədər rast gəlinən, lakin diqqətdən kənarda qalan, danışılmayan "Vaginismus" qadınların bəzən sirli probleminə çevrilir.

Bu zaman yaranan ağrı nəticəsində əlaqə qeyri-mümkün, bəzən çətin və ağrılı olur.

Vaginizm nədir?

Cinsi əlaqədə ön sevişmədə heç bir problem olmasa da, cinsi əlaqə anı gəldikdə qadının qeyri-ixtiyari əzələlərini sıxması nəticəsində cinsi əlaqəyə nail ola bilməməsidir. Büzülmə yalnız vaginal əzələlərdə deyil, boyun əzələlərinə qədər bütün bədəndə müşahidə edilə bilər. Bu şüursuz, refleks yığılmalarda qadın partnyorunu itələyərək, birləşmənin qarşısını almağa çalışır.

Cinsi istəksizlik və vaginizm eynidirmi?

Cinsi istəksizlik problemində hər cür cinsi fəaliyyətdən qaçma olsa da, vaginizmdə cinsi istək normaldır, problem yalnız cinsi əlaqədə olur. Bir çox cütlük ön sevişmədən zövq alır və bir-birini müxtəlif yollarla razı salır.

Qadınların cinsi əlaqəyə girməməsinin yeganə səbəbi vaginizmdir?

Qadınlarda cinsi əlaqəyə girə bilməmənin ən çox görülən səbəbi vaginizmdir. Qızlıq pərdəsi ilə bağlı anormal quruluşlar, cinsi istəksizlik, vaginal quruluq, erektil disfunksiya və erkən boşalma kimi problemlər də cinsi əlaqənin olmaması probleminə səbəb ola bilər.

Vaginizmdə diaqnoz necə qoyulur?

Vaginizmin xəstənin anamnezi və sadə bir ginekoloji müayinə ilə qoyula bilər. Bu problemi olan qadınlara emüayinələrdə çox həssas davranılmalıdır. Ağrı fobiyasının yaratdığı bu problemdə müayinələr ağrısız və alət istifadə edilmədən aparılmalıdır.


Qiymətləndirmədən sonra xəstənin anatomik quruluşunda problem olub-olmadığı müəyyən edilir, vaginizmin dərəcəsi və səviyyəsi müəyyən edilir, tətbiq olunacaq müalicəyə qərar verilir.

Günay Quluzadə