Vaksin olunan 852 nəfər yenidən koronaya yoluxdu

  • 2021.03.16 11:58
  • 1351 Baxış
Vaksin olunan 852 nəfər yenidən koronaya yoluxdu
Türkiyədə vaksin olunan 1 milyon 300 min nəfərdən 852-i koronavirusa yoluxub, 53-ü xəstəxanada yatır, 5-nin isə reanimasiyadadır.

Medicina.az xəbər verir ki, Səhiyyə nazirliyinin nümayəndəsi Mustafa Necmi İlhan peyvənd olunanlar arasında ölüm halının olmadığını bildirib: “İlk koronavirusa yoluxmadan 1 il keçib. Bu müddətdə 2 milyon 800 mindən çox insan koronavirusa yoluxub, 29 mindən çoxu isə həyatını itirib. Koronavirus bütün dünyada irəliləyir. Əgər qarşısını almasaydıq, bu rəqəm daha çox ola bilərdi. 2 aydan artıq bir zamandır peyvəndləməyə başlamışıq. 10 milyon 400 mindən çox peyvənd vuruldu. 2 milyon 600 mini isə ikinci dozadır. Peyvənd olduqdan sonra yenidən yoluxanlar olub. Amma heç biri reanimasiyada yatmadı, həyatını itirən olmadı. Bu çox önəmlidir. Onsuzda peyvənddə məqsəd insanların xəstəliyi ağır keçirməsinin qarşısını almaqdır. Bütün insanlara peyvənd olunmağı məsləhət görürüəm”.