Vaksin sertifikatının etibarlılıq müddəti nə qədərdir? - CAVAB

  • 2021.07.14 10:07
  • 1452 Baxış
Vaksin sertifikatının etibarlılıq müddəti nə qədərdir? -  CAVAB
“Peyvənd sertifikatı” müddətsizdir.

Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub.

Qeyd olunub ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir: "Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq".