Vaksin sonsuzluğa səbəb ola bilərmi? - TƏBİBdən cavab

  • 2021.06.18 18:32
  • 1855 Baxış
Vaksin sonsuzluğa səbəb ola bilərmi?  - TƏBİBdən cavab

“Bu vaksinlər yeni yaradılıb. Lakin daha əvvəlki təcrübələrə əsasən deyə bilərik ki, vaksin sonsuzluq yaratmır”.

Medicina.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

N.Mustafayeva bildirib ki, hazırda dünyada onlarla vaksin tətbiq edilir:

“Bu vaksinlər başqa xəstəliklərə qarşı da istifadə edilir. Onlar haqqında artıq kifayət qədər məlumat var. Bu məlumatların heç birində sonsuzluq yaradılmasına dair faktlar müəyyən edilməyib”.