Vaksin vurduran baş nazir koronaya yoluxdu

  • 2021.06.27 22:38
  • 1102 Baxış
Vaksin vurduran baş nazir koronaya yoluxdu
Lüksemburqun baş naziri Ksavye Bettelin koronavirus testinin nəticəsi müsbət olub.

Medicinaaz xəbər verir ki, bu barədə "Luxemburger Wort" nəşri bildirib.

Qeyd edilir ki, hökumət başçısı bununla əlaqədar 10 gün özünü təcridetmə rejimində olacaq, ancaq bu günlər ərzində işləməyə davam edəcək. Məlumata görə, o, xəstəliyi yüngül formada keçirir: Bettelin hərarəti azacıq yüksəlib, o başağrısından əziyyət çəkir.

Bettel mayın əvvəlində “AstraZeneca” vaksininin birinci dozasını qəbul edib. O, ikinci dozanı gələn həftə almağı nəzərdə tuturdu.