Vaksin vurduran Çingiz Abdullayev koronavirusa yoluxdu

  • 2021.08.31 13:17
  • 1297 Baxış
Vaksin vurduran Çingiz Abdullayev  koronavirusa yoluxdu

Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxub.

Medicina.az Lent.az -a istinadən xəbər verir ki, bu haqda açıqlama verən yazıçı qeyd edib ki, bir həftə öncə ondan götürülən testin cavabı müsbət çıxıb:

“Amma iki gündən sonra yenidən test götürüldü, cavab mənfi oldu. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatlığm olmayıb.”

Yazıçı 4 ay bundan öncə koronavirusa qarşı peyvənd olunduğunu da qeyd edib:

“Hazırda karantin qaydalarına əməl edirəm, evdəyəm. Hər şey yaxşıdır.”