Vaksin vurdurmayanlar ABŞ-a buraxılmayacaq

  • 25 Noy 2021 14:22
  • 243 Baxış
Vaksin vurdurmayanlar ABŞ-a buraxılmayacaq
2022-ci il yanvarın 22-dən etibarən ABŞ-a səfər edən bütün şəxslərin COVID-19-a qarşı peyvənd olunması tələb olunacaq.

Medicia.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Turizm və zəruri hesab olunmayan digər məqsədlər üçün səfər edən əcnəbilər üçün vaksin tələbi noyabrın 8-dən qüvvədədir.

Yanvar ayından etibarən isə bu qayda ölkə sərhədlərini keçən bütün əcnəbilərə şamil ediləcək.

ABŞ vətəndaşları və bu ölkədə yaşamaq icazəsi olan şəxslər peyvəndləmə səviyyəsindən asılı olmayaraq ölkə ərazisinə daxil ola biləcəklər.

Qeyd edək ki, hazırda ABŞ-da 47 milyon peyvənd olunmamış yaşlı şəxs yaşayır.