Vaksinasiya olunanların sayı - STATİSTİKA

  • 2021.03.23 12:34
  • 1487 Baxış
Vaksinasiya olunanların sayı -  STATİSTİKA

Azərbaycan Respublikasında 22 mart tarixində yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 121 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 487 561 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Bildirilib ki, vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.