Vaksinasiya olunanların sayı yarım milyonu ötdü - Statistika

  • 2021.03.25 13:26
  • 1446 Baxış
Vaksinasiya olunanların sayı yarım milyonu ötdü -  Statistika

Martın 24-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub.

Bu barədə Medicina.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.