Vaksinasiya olunanların statistikası

  • 2021.04.27 16:38
  • 1523 Baxış
Vaksinasiya olunanların statistikası
Azərbaycanda bu gün 16 583 nəfərə vaksin vurulub.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 374, ikinci mərhələdə isə bu rəqəm 9 209 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 440 243, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 946 834, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 493 409 nəfər təşkil edir.