“Vaksinasiyanı yayadək bitirəcəyimizi düşünürük” - Ramin Bayramlı

  • 2021.04.03 16:29
  • 1511 Baxış
“Vaksinasiyanı yayadək bitirəcəyimizi düşünürük” -   Ramin Bayramlı
"Hədəfimiz ölkə əhalisinin 80 faizini vaksinləşdirməkdir. 8 milyon insanı vaksinasiyadan keçirmək məqsədilə 16 milyon doz peyvənd üçün müqavilələr bağlanıb".

Medicina.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.


O bildirib ki, bu, pandemiyanın bitməsi üçün önəmli rəqəmdir:

“Yay aylarına qədər vaksinasiya prosesini uğurlu şəkildə bitirəcəyimizi düşünürük”.