Vaksindən sonra antitel yaranmazsa nə etməliyik?

  • 2021.03.05 11:26
  • 2384 Baxış
Vaksindən sonra antitel yaranmazsa nə etməliyik?
Koronavirusda antitellərin yaranması minimum 14 gün olaraq qəbul edilir.

Medicina.az xəbər verir ki, peyvənddən sonrakı gün qanda antitellərin yüksəlməməsinin səbəbi də budur. Amma bu peyvəndin qoruyucu təsirinin olmadığı demək deyil. Türkiyəli mütəxəssis Songül Özer peyvənddən sonrakı müddətdə antitellərin yaranmamasından danışıb.
Onun sözlərinə görə, ən düzgünü 14 gündən sonra analiz verərək yoxlamaqdır:

“Antitellərin yaranmasını ortalama 14 gün hesab edirik, amma bu vaxt 3 həftə ya da 1 aya qədər davam edə bilər. Bəzi hallarda “immünoqlobulin G”nin cavabı 6 həfətəyə qədər uzanır. Antitellər orta hesabla 4-6 ay yüksək səviyyədə qala bilər. Koronavirus peyvəndindən 6 həftə sonra antitellər yaranmadıqda mütəxəssislər yenidən peyvənd olunmağı məcbur etmirlər. Antitellərin yaranması üçün hər zaman xəstələrə ikinci şansı veririk. İkinci peyvənddən sonra da hələ də yeksəlmirsə, çalışmaları dayandırırıq. Bu insanlar virusa qarşı hər zaman tədbirli olmalı, karantin qaydaları, maska, spirt kimi vasitələrlə özülərini qorumalıdırlar”.