“Vaksini kameralara göstərib, ayrı məhlul da vurdurmaq olardı” – Putindən vaksin sonrası AÇIQLAMA

  • 2021.04.01 15:08
  • 3715 Baxış
“Vaksini kameralara göstərib, ayrı məhlul da vurdurmaq olardı”  – Putindən vaksin sonrası AÇIQLAMA


Putinin koronavirus vaksinindən sonrakı vəziyyəti – “İlk 5 saatda...”

Rusiya prezidenti Vladimir Putin digər dövlət rəhbərləri kimi publik, kameralar önündə peyvənd olunmasa da, Rusiya istehsalı Sputnik V vaksinindən vurdurub.

Medicina.az xəbər verir ki, prezident jurnalistlərə peyvənddən sonra bədənində hansı dəyişiklik və təsirləri hiss etdiyini açıqlayıb.

“İlk 5 saatda həqiqətən heç bir şey hiss etmədim. Sonra necədə sol qolumu qaldıranda ağrı yox, kiçik diskomfort hiss etdim.

Hər ehtimala qarşı yatmazdan öncə termometri yanıma qoydum. Səhər oyandım, sanki bədənim ağrıyırdı, hərarəti ölçdüm, yox idi. Hər şey yaxşı keçdi”.

Bütün dünya mətbuatı Putinin peyvənd olunma anını gözləsə də, o gözlərdən gizli vaksin vurdurmasını da belə izah edib:

“ Biz gərək mütləq kiminsə etdiyini təkrarlamalıyıq? Səhnələr qurub kimisə cəlb etmək elə də çətin deyil. Peyvəndi göstərib, əslində isə fizioloji məhlul vurdurmaq da olar. Ona görə özünü göstərməyə lüzum yoxdur”.

Qeyd edək ki, Putin martın 23-də vaksin olunub.