"Vəziyyət yaxşı deyil" - Peyvəndin yaradıcısı

  • 2021.01.02 10:36
  • 2324 Baxış
"Vəziyyət yaxşı deyil" -  Peyvəndin yaradıcısı

Koronavirus əleyhinə peyvənd istehsalını artırmaq üçün "Pfizer" şirkəti ilə çalışırıq, digər peyvəndlər gələnə qədər tədarükdə boşluqlar ola bilər.

Bu açıqlama ilə türk alim, “Pfizer-Biontech” peyvəndini hazırlayan Uğur Şahin çıxış edib.

Almaniyanın "Şpiqel" nəşrinə müsahibəsində U.Şahin peyvənd istehsalının artırılması üzərində işlərin davam etdiyini, ancaq yeni vaksinlərin təsdiqlənməsinin vaxt apara biləcəyini deyib:

"Digər peyvəndlər təsdiqlənənə qədər boşluqlar ola bilər. Hazırda vəziyyət yaxşı deyil. Təsdiqlənmiş peyvəndlər az olduğu üçün bazarda bir boşluq var və onu peyvəndlərimizlə doldurmağa çalışırıq"./Axar.az