“Viagra” kişiləri Alzheimer xəstəliyindən qoruyur – Alimlərdən inanılmaz açıqlama

  • 2024.02.22 12:15
  • 814 Baxış
“Viagra” kişiləri Alzheimer xəstəliyindən qoruyur –  Alimlərdən inanılmaz açıqlama
“Viagra”dan istifadə edən kişilərin Alzheimer olmaq riskinin azaldığı üzə çıxıb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, yeni bir araşdırma “Viagra” və bənzəri ereksiya dərmanlarından istifadə edən kişilərin Alzheimer riskinin azaldığını göstərib.

London Universitet Kollecinin alimləri ereksiya problemi olan 260 mindən çox kişinin resept qeydlərini araşdırıblar. Tədqiqatda “Viagra” istifadə edən kişilər istifadə etməyənlərlə müqayisə edilib.

Beş il davam edən bu araşdırmada dərmandan istifadə edən hər 10 min kişinin 8,1 faizində demensiya halı, istifadə etməyənlərin isə 9,7 faizində oxşar hal aşkar edilib.

Müvafiq olaraq, məlum olub ki, bu dərmanları qəbul edən kişilərdə Alzheimerın inkişaf riski 18 faiz daha azdır.

Bununla belə, mütəxəssislər dərmanın bu vəziyyətə birbaşa təsir etdiyini sübut etmək üçün daha çox sınaqdan keçirmək lazım olduğunu söyləyirlər.

“Neurology” jurnalında dərc edilən araşdırmanın direktorlarından biri olan doktor Ruf Brauer deyib:

"Optimal dozanı təyin etmək və mümkün faydaları müəyyən etmək üçün əlavə tədqiqatlar aparılmalıdır".

Alimlər dərmanın qadınlara da oxşar təsir göstərib-götürməyəcəyini araşdırmaq istədiklərini bildiriblər.

Böyük Britaniya Neyrologiya Cəmiyyətinin prezidenti, professor Tera Spayrs-Cons araşdırmanın sübut olmadığını, lakin "bu cür dərman növləri ilə bağlı gələcək tədqiqatlar üçün yaxşı göstərici" olduğunu söyləyib.

Həkim Françesko Tamaqnini isə qeyd edib ki, dərman qan axını sürətləndirərək və ya birbaşa neyronlara təsir edərək sağaldıcı təsir göstərə bilər, amma bu fərziyyələrin hər ikisi sınaqdan keçirilməlidir.

Qeyd edək ki, “Viagra” qan dövranını artırır, çünki ilkin mərhələdə yüksək qan təzyiqi və ürək dərmanı olaraq hazırlanıb. Lakin sonradan həkimlər onun bədənin hər yerində, o cümlədən cinsiyyət üzvündəki damarlarda təsirli olduğunu aşkar ediblər.

Heyvanlar üzərində aparılan əvvəlki təcrübələr dərmanın beyin hüceyrələrinə qoruyucu təsir göstərdiyini üzə çıxarmışdı.

Gül