Bölünməyən siam əkizləri – Dəhşətli görüntülər- VİDEO

  • 2019.04.09 15:45
  • 18949 Baxış
Bölünməyən siam əkizləri –  Dəhşətli görüntülər- VİDEO
Siam əkizi olan qardaşların ayrıca ürəyi, ağciyərləri, əlləri ayrıdır, amma ayaqları, mədəsi birdir.


Medicina.az xəbər verir ki, Hindistanın Çxattisqarx ştatında yaşayan bu uşaqları körpə vaxtı ayırsaydılar, körpələrdən birinin yaşamaq şansı olacaqdı. 

Artıq 18 yaşı tamam olan Şivanat və Şivram əməliyyat olunmadıqlarına peşman deyillər:


" Bundan sonra bizi istəsək də ayıra bilməyəcəklər. Həkimlər deyir ki, bu mümkün deyil. Biz olduğumuz kimi qalmaq istəyirik. Bizim iki bədənimiz, amma bir ruhumuz var”.


Əkizlər artıq əlləri və ayaqları ilə yerdə gəzir, qaçır, gündəlik işlərini görür, yeyir. Onlar məktəbə də gedərək, yaxşı şagird kimi seçiliblər. 

Qardaşlar 2014-cü ildə yayılmış bu video ilə bütün dünyada məşhur olublar. Video yayıldıqdan sonra dünyanın məşhur cərrahları onları ayırmaq üçün təkliflər etsələr də razılaşmayıblar.


Amma artıq dünya tibbində daha böyük yaşlarda siam əkizlərinin əməliyyatla ayrılması faktları var.