Virusdan ölənlər vaksin vurdurmayanlardır - BAYDEN

  • 2021.07.08 16:43
  • 1006 Baxış
Virusdan ölənlər vaksin vurdurmayanlardır -  BAYDEN
ABŞ prezidenti Co Bayden koronavirusla bağlı açıqlamalar verib.

Medicina.az xəbər verir ki, Bayden ölənlərin hamısının vaksin vurdurmayan insanlar olduğunu deyib.

"Bu həftənin sonuna qədər 160 milyon amerikalı vaksinasiya olunacaq. Mart ayında qoyduğum 4 iyula qədər ki vaksin hədəfimizə bir neçə gün sonra çatacağıq".

Yanvar ayından bu yana yoluxma və ölümlərin 90 faiz azaldığını deyən Bayden, vaksin vurduran milyonlarla amerikalının normal həyata döndüyünü bildirib:

“Vaksin son dərəcə effektlidir. May ayından bu yana koronavirusla bağlı xəstəxanaya yatanların və ölümlərin hamısı vaksin vurdurmayan insanlardır”.

Qeyd edək ki, ABŞ-ın 50 əyalətində artıq “Delta” ştammı yayılıb