Virusları məhv edən dərman bitkiləri– Dəmləyib içə bilərsiz

  • 2020.03.06 17:57
  • 4973 Baxış
Virusları məhv edən dərman bitkiləri–  Dəmləyib içə bilərsiz


Viruslar insanlıq yaranandan var və əsrlərdir onlarla mübarizə üçün dərmanlar, vasitələr axtarılıb və tapılıb.
Hazırda virusəleyhinə güclü təsir edən bitkilərin siyahısına bunlar daxildir.


Medicina.az bildirir ki, orqanizmin viruslara qarşı müdafiəsini təmin etmək üçün bu bitkilərdən bəzilərini əldə edib, çayını, dəmləməsini içə bilərsiz.


1. Oraqano – dağ reyhanı – tərkibində əsas maddə olan karvakrol antivirus təsir edir. Xüsusən kəskin respirator virusları və herpesə qarşı.

2. Sürvə (şalfey) – bu bitkinin ekstraktı QİÇS kimi xəstəliklərdə belə virusun aktivliyini azaldır

3. Reyhan – herpes, enterevirusun fəaliyyətini zəiflədir

4. Sarımsaq – alimlər sarımsaqla bağlı iki cəbhəyə bölünüb. Sarımsaq zərərli bakteriyalara qarşı effektivdir, amma onun pnevmoniya və rinovirusda da təsir etdiyi araşdırılıb

5. Rozmarin – mərzə - oleanol turşusu qrip, hepatit, QİÇS xəstəliyi ilə mübarizə aparır

6. Fenxel - çayı virus əleyhinədir

7. Exinesiya – ekstaktı ən ağır virusları yola salır