“Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım” - Əməkdar artist

  • 2021.08.30 13:10
  • 1195 Baxış
“Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım” -  Əməkdar artist
Əməkdar artist Könül Kərimova bir müddət öncə koronavirusa yoluxduğunu, xəstəliyi ağır şəkildə keçirdiyini açıqlayıb.

Medicina.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat verib.

52 yaşlı ifaçı COVID-19-u ciddiyə almadığını, bu səbəbdən çətin günlər keçirdiyini bildirib:

“16 gün evdə qaldım, koronavirusdan əziyyət çəkərək yatdım. Hamı kimi məndən də yan keçmədi. Virusu ciddiyə almadım, ölümlə üz-üzə qaldım. Həkimlərimə təşəkkür edirəm, məni bu şirin həyatdan ayrılmağa qoymadılar”.