Vüqar Qurbanov bu xəstəxananın direktorunu işdən çıxartdı

  • 2021.11.05 15:35
  • 1165 Baxış
Vüqar Qurbanov bu xəstəxananın direktorunu işdən çıxartdı
“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru İlham Mustafayev vəzifəsindən azad edilib.

Medicina.az xəbər verir ki, APA-nın məlumatına görə, bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədr əvəzi Vüqar Qurbanov əmr imzalayıb.


Şirvan RMX-dan bildirilib ki, xəstəxananın direktoru İlham Mustafayevlə bağlanmış əmək müqaviləsinin müddəti bitib, onunla yeni müqavilə bağlanmayıb.

Xəstəxanaya yeni direktor təyin olunmadığı da qeyd olunub.