Vurulan peyvəndi zəli ilə çıxartmaq istədi

  • 14 Sen 2021 11:47
  • 680 Baxış
Vurulan peyvəndi  zəli ilə çıxartmaq istədi
Türkiyədə hər kəsin təəccübünə səbəb olan hadisə baş verib.

Medicina.az xəbər verir ki, hər yerdə COVİD-19 pasportu tələb edildikdən sonra vətəndaşlar kütləvi vaksinasiyaya üz tutublar. Lakin peyvənddən imtina edənlər və vurdurmayanlar var. Belə ki, Türkiyə hökumətinin koronavirusla bağlı yeni qərarlarına əsasən, pasportu olan şəxslərin vaksin olunub-olunmaması elektron qaydada da yoxlanılacaq.

Bundan sonra insanlar vaksin olunmağa başlayıblar. Maraqlısı budur ki, türk vətəndaşlarından biri vaksin vurdurduqdan sonra özü ilə gətirdiyi bankadan zəli çıxardıb. O, zəlini iynə vurulan nahiyəyə qoyaraq, dozanı çıxartmağa çalışıb. Həmin anları görən tibb bacıları şəxsə nə etdiyini sualın verdikdə, o, "Bədənimi zərəli maddədən təmizləyirəm",- deyə cavab verib. Həkim nəzarəti altına alınan şəxsə ikinci dəfə birinci doza vurulub.