"W" oturuşunun fəsadları - Pediatrdan xəbərdarlıq - VİDEO

  • 2025.09.30 20:29
  • 183 Baxış
"W" oturuşunun fəsadları -  Pediatrdan xəbərdarlıq - VİDEO

Pediatr Günay Rəsulova uşaqların "W" oturuşu ilə bağlı valideynlərə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, həkim bu cür oturuşun fəsadlarını izah edib:

" -Bud və diz oynaqlarına həddindən artıq gərginlik salır.
-Oynaqlarda içəriyə dönmə (internal rotation) güclənir, normal hərəkət məhdudlaşır.
-Diz bağlarında boşalma, qeyri-stabillik yarada bilər.
-Ayaq əzələləri balanssız inkişaf edir: içəriyə dönmə və “çarpaz ayaq” (knock knees) formalaşa bilər.
-Uzun müddətdə qamət pozğunluqları, bel ağrıları riski artır.


Aygün
Medicina.az