Xadimə qadın karantinə görə 4 gecə tualetdə yatdı

  • 2022.04.05 14:39
  • 1634 Baxış
Xadimə qadın karantinə görə 4 gecə tualetdə yatdı


Şanxayda koronavirusun yenidən alovlanması ilə bağlı insanların sərt karantinə alınması kuryoz olay yaradıb.

Bakupost.az xəbər verir ki, Li Çunyaço adlı ictimai tualetin işinin dayanmaması üçün elə tualetdə qalıb gecələməli olub.

Evdən çıxa bilməyəcəyini görən qadın 19 martdan 22-nə kimi iş yerində qalıb. O, hər 30 dəqiqədən bir ərazini təmizləyib dezinfeksiya edir.

"Bu tualetdən çox sayda könüllü və tibb işçiləri istifadə edir. Onlar əhaliyə kömək edirlər. Mən buranı qoyub gedə bilməzdim".

Pis qoxunu azaltmaq üçün o yatdığı yerdə xüsusi spiral yandırıb.

Yemək və su ilə onu tibb işçiləri təmin edib.

Yaxınlıqdakı insanlar isə ona yastıq və yorğan gətirib.

Qeyd edək ki, Şanxayda koronavirusa görə şəhər bloklanıb.