Xalq artisti palataya köçürülüb

  • 2019.12.05 17:51
  • 2540 Baxış
Xalq artisti palataya köçürülüb
“Rafael Dadaşovun vəziyyəti yaxşılaşmağa doğru gedir”.

Medicina.az xəbər verir, bu barədə APA-ya Xalq artisti Rafael Dadaşovun oğlu Ayxan Dadaşov məlumat verib. Onun sözlərinə görə, Xalq artisti artıq reanimasiyadan palataya köçürülüb, onun səhhəti stabilləşməkdədir.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.