Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xalq artisti xəstəxanalıq oldu

  • 2020.01.08 16:03
  • 3090 Baxış
Xalq artisti xəstəxanalıq oldu

Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb.

Medicina.az axşam.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib.

Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib.

Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.