Xalq artistinin səhhəti yenə pisləşdi

  • 2019.12.16 12:58
  • 3709 Baxış
Xalq artistinin səhhəti yenə pisləşdi
Xalq artisti Canəli Əkbərovun səhhətində problem yaranıb.

Medicina.az azvision.az-a istinadən xəbər verir ki, xanəndə bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmasa da, ailə üzvləri hazırda Xalq artistinin sağlıq durumunun nisbətən düzəldiyini, bu gün evə aparılacağını bildiriblər.

Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov bir neçə ay əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.