Xərçəng yaradan maddələri - bununla təmizlə

  • 2024.03.11 19:45
  • 737 Baxış
Xərçəng yaradan maddələri    -  bununla təmizlə

Orqanizmə hava, su, qidalardan düşən kanserogen maddələr zamanla orqan və toxumalarda toplanaraq, şişlərə çevrilir.


“Medicina” xəbər verir ki, həkim German Qandelman noxudun orqanizmi potensial təhlükəli toksik maddələrdən təmizlədiyini bildirib:

“Adi noxud orqanizmə xolesterin, toksik maddələr, zəhərlər və kanserogenlərdən təmizlənməyə əla kömək edir.

Bu noxudda olan cod liflə bağlıdır. 100 qram noxud sutkalıq lif ehtiyacını təmin edir. Bağırsaqda olan zərərli maddələrin bağırsaq divarı və qana sovrulmasının qarşısını alır.

Emal edilmiş yeməklərlə həzm sisteminə düşən kanserogen maddələr qana keçir.

Əgər mədə və bağırsağa qaba lifli qidalar da daxil olursa, həzmetmə zəifləyir, bununla da təhlükəli maddələrin sovrulması zəifləyir.

Məsələn, noxud kütləsinə yapışan maddələr onunla birlikdə bağırsaqdan xaric edilir.

Noxudda yüksək miqdarda kollagen zülalı var, bu da toxuma, dəri və damarların elastikliyini qoruyur.

Noxud yeyənlərdə qocalma azalır, görmə itiləşir, daha gənc qalırlar”.


Aygün Musayeva