Xərçəngdən ayağını itirən azərbaycanlı modelə müasir protez taxıld

  • 2024.02.15 19:00
  • 807 Baxış
Xərçəngdən ayağını itirən azərbaycanlı modelə  müasir protez taxıld

Xərçəng xəstəliyindən ayağını itirən 17 yaşlı model Xədicə Rəhimova müasir protezlə təmin olunub.



"Medicina" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən gənc model Xədicə Rəhimovaya müasir protez təqdim olunub.

Belə ki, yeni protez vakuumsistemli, membranlı silikona malikdir.

Həmçinin dünyanın məşhur protez istehsalçılarından olan “Ottobock” şirkətinin (Almaniya) pəncə-topuq funksiyasını yerinə yetirən 4-cü nəsil karbon ayaqlığından istifadə edilib.


Müasir protez aktivlik və funksionallığı ilə də seçilir. Həmin protez istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı addımlamağa, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

Protez iki illik verilib, iki il ərzində ehtiyac yaranarsa, giliz hissəsi dəyişilir, protezin özündə isə heç bir pozuntu baş vermir. İki il sonra isə yeni protez hazırlanıb təqdim ediləcək.