Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngdən əziyyət çəkən aktrisanın vəziyyəti pisləşdi

  • 2021.05.31 19:06
  • 1677 Baxış
Xərçəngdən əziyyət çəkən aktrisanın vəziyyəti pisləşdi



Rusiyalı aktrisa Anastasiya Zavorotnyuk beyin xərçəngindən 1 il aldığı müalicələr sayəsində remissiya əldə etmişdi. Lakin yaxınlarının verdiyi məlumata görə, aktrisanın vəziyyəti yenidən pisləşib. O, hovuzda olarkən huşu gedib.


Medicina.az xəbər verir ki, həkimlər beyində şişin yenidən aktivləşdiyini deyiblər.
İndi onlar əllərindən gələni edir ki. aktrisanın vəziyyəti düzəlsin.

“Nastyanı indi tanımaq çox çətindir. O çox kökəlib, saçları yoxdur. Amma həkimlər hovuzda üzməyə icazə verəndən sonra özünü yaxşı hiss edirdi, sevinirdi. Arıqlamaq üçün çalışırdı. su, fizioterapiya yaxşı təsir edirdi. Lakin ötən həftəsonu hovuzda ikən başı gicəlləndi. Məlum oldu ki, xəstəlik qayıdıb.

İndi Nastya çox qapalı həyat keçirir, şəhər kənarındakı evindən çıxmır. Onun xaricə müalicə getməsinə ehtiyac yoxdur, burda hər şey edilir – deyə yaxınları bildirib.