Xərçəngdən əziyyət çəkən jurnalist gözündən əməliyyat olundu- "Dedim keçib gedər, bu da fəsadı"

  • 2020.05.22 16:43
  • 2075 Baxış
Xərçəngdən əziyyət çəkən jurnalist gözündən əməliyyat olundu - "Dedim keçib gedər, bu da fəsadı"


Jurnalist Tahirə Məmmədqızı əməliyyat olunub.

Medicina.az xəbər verir ki, bu dəfə jurnalist gözünü əməliyyat etdirib.

Onun bir il öncə sol gözündə zədələnmə olub. Bu zədə jurnalistin sağlamlığında problemlər yaradıb. Bu səbəbdən də o, əməliyyat olunmaq məcburiyyətində qalıb.

" O vaxt fikir vermədim, dedim keçib gedər. Bu da fəsadı. Damarımın biri zədələnmişdi. Məndə göz təzyiqi yaratmışdı"

Xatırladaq ki, Tahirə Məmmədqızı ginekoloji onkologiyadan əziyyət çəkirdi. Onun uşaqlıq orqanından 7 ədəd şiş götürülüb.