Xərçəngdən ölən qadın illər sonra torpağa BASDIRILDI

  • 2019.12.12 15:35
  • 2735 Baxış
Xərçəngdən ölən qadın illər sonra   torpağa BASDIRILDI
Universitetdə işləyən qadın ölümündən 8 il sonra dəfn edilib.

Medicina.az milli.az-a istinadla xəbər verir ki, xərçəng olduğunu öyrənən Ayşe Kızmaz adlı türkiyəli qadın öldükdən sonra xəstəxanada cəsədindən test məqsədli istifadə olunmasını vəsiyyət edib.

O, öldükdən sonra 8 il boyunca cəsədinin üzərində tibb fakultəsi tələbələrinə dərs öyrədilib. Ayşe Kızmazın cəsədi bir neçə gün əvvəl yaxınlarının iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, 1981-ci ildə Metin Aşçı adlı şəxslə ailə quran Ayşe Kızmaz 27 yaşında xərçəng xəstəliyinə yoluxduğunu öyrənib. 10 dəfədən çox əməliyyat olunan Ayşe Kızmaz 2011-ci ildə vəfat edib.