Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngdən qorunmaq üçün qəbizliyə yol verməyin

  • 2023.11.20 14:49
  • 1294 Baxış
Xərçəngdən qorunmaq üçün     qəbizliyə yol verməyin

Daimi qəbizlik zamanı orqanizm toksinlərlə dolur və təmizlənmir. Bu zaman bağırsaq və digər orqanlarda xərçəng riski artır.



“Medicina” xəbər verir ki, həkim Dilara Lebedeva qəbizliklə mübarizə vacibliyindən danışıb.


“Əgər dərinin vəziyyəti pisləşirsə, əhval korlanırsa, qarında, bağırsaqda daim köp, diskomfort hiss edilirsə, iştahsızlıq və yuxusuzluq varsa, o zaman ciddi həzm problemi və toksinləşmə var.
Vəziyyəti düzəltmək üçün rasionda təzə ət, balıq məhsulları, süd məhsulları, meyvə-tərəvəz, göyərti olmalıdır.

Bağırsaqlarda qəbizlik olmasın deyə, kifayət qədər lifli qida yemək lazımdır. Hər gün ən azı 300 qram lifli qida yeyilməlidir.

Lif olmasa, bağırsağın işi dayanır.
Bəzi insanlar karbohidratdan başqa heç nə yemir.

Uzun aylar, illər qəbizlik isə bağırsaq xərçənginə birbaşa səbəb ola bilər”.

Aygün Musayeva