Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçənglə bağlı araşdırmanın nəticəsi şok etdi - Çarəsi evlilikdir!

  • 2024.06.06 21:53
  • 2569 Baxış
Xərçənglə bağlı araşdırmanın nəticəsi şok etdi -  Çarəsi evlilikdir!
Evlilik xərçəng xəstələrini sağaltmaqda kimyaterapiyadan daha güclü təsir göstərir.

Medicina.az xəbər verir ki, nəşr edilmiş yeni bir araşdırmada bu nəticəyə gəlinib.

Araşdırma xərçəng xəstələri üçün evliliyin faydaları ilə bağlı əldə etdiyi nəticələrə görə son zamanlarda sosial mediada gündəm olub.

Tədqiqatçılar evli xəstələrin subay xəstələrə nisbətən metastatik xərçəngə tutulma ehtimalının daha az olduğunu, müvafiq müalicə alma ehtimalının daha yüksək olduğunu və xərçəngdən ölmə ehtimalının 33%-ə qədər az olduğunu müəyyən ediblər.

Araşdırma kişilərin evlilikdən əldə etdiyi faydanın qadınlardan daha çox olduğunu da üzə çıxarıb.

Təəccüblüdür ki, prostat, döş, kolorektal, qida borusu, baş və ya boyun xərçəngindən əziyyət çəkənlər üçün evliliyin sağ qalmaqda rolunun kemoterapiyadan 20% daha çox olduğu müəyyən edilib.

“Daily Mail” yazır ki, tədqiqat 2004-2008-ci illər arasında ən ölümcül 10 xərçəngdən birindən əziyyət çəkən 734 889 xəstəni əhatə edib. Onlar ağciyər, kolorektal, döş, mədəaltı vəzi, prostat, qaraciyər, lenfoma, baş/boyun, yumurtalıq və yemək borusu xərçənglərinə tutulmuş insanlar olublar.

“Journal of Clinical Oncology” jurnalında dərc edilən araşdırmada evli olmayan iştirakçıların orta yaşı 66, evli iştirakçıların isə orta yaşı 63 olub. Evli xəstələrin daha yüksək gəlir və təhsilə sahib olduğu və onların əməliyyatla müalicə olunma ehtimalının 53% olduğu müəyyən edilib. Həmçinin, evli xəstələrin xərçəngdən ölmə ehtimalı da 12-33% daha az olub.

"Biz evli olmayan xəstələrin, o cümlədən dul olanların metastatik xərçəngə tutulma, xərçəngin qeyri-adekvat müalicəsi və xərçəngdən ölüm riskinin evli xəstələrə nisbətən daha yüksək olduğunu gördük", - deyə tədqiqatçılar vurğulayıblar.

Onlar qeyd ediblər ki, bu nəticə depressiya, narahatlıq və stressi azaldan tərəfdaşın emosional dəstəyi ilə bağlı ola bilər. Stress xərçəngin böyüməsini təşviq edən iltihaba səbəb olur. Komanda evlilərin fiziki ehtiyaclarını daha yaxşı qarşılaya bildiklərini də ifadə edib.

Həkimlər bildirirlər ki, evli olmayan xərçəng xəstələrində psixi sağlamlıq problemlərinin baş vermə ehtimalı da daha çoxdur.
Ən həssas qrupu boşanmış və ya həyat yoldaşını itirmiş kişilər təşkil edir.

“Xərçəng təcridedici bir təcrübədir. Xəstənin vəziyyətini izləyən, onu həkimlə görüşlər və prosedurlar zamanı müşayiət edən, öz dəstəyini əsirgəməyən bir tərəfdaşın olması nəticələri yaxşılaşdıra bilər”, - deyə onkoloq Dr. Deniel Lendo bildirib.


Aysel