Xəstə ölümündən bir neçə saat əvvəl evləndi

  • 2019.10.29 10:37
  • 2896 Baxış
Xəstə ölümündən bir neçə saat əvvəl evləndi

İngiltərənin Nortqempton şəhərindəki xəstəxanada ölümcül bir xəstə üçün toy təşkil edilib.


 


Medicina.az xəbər verir ki, iyul ayında 33 yaşlı Qeri Smart
sağlamlığından şikayət etməyə başlayıb. O, sinəsinin ağrısından əziyyət
çəkib, arıqlayıb və yuxusuzluqdan əziyyət çəkib.


 


Sentyabrın sonlarında
artıq ona ağciyər xərçəngi diaqnozu qoyulub. Həkimlər onun bir neçə gün
ömrü qaldığını söyləyib. Kişi həyatdan evli biri kimi getmək istədiyindən xəstəxanada ona
toy təşkil olunub.


 


Qohumları, dostları onun ətrafına toplaşıb, keşiş
Qeri və 31 yaşlı Lauranı ər-arvad elan edib.





Toydan yeddi saat sonra Qeri vəfat edib.