“Xəstəlik niyə Çinin qalan hissəsinə yayılmadı?”- Tramp Çini ittihamda davam edir

  • 2020.05.20 15:39
  • 2042 Baxış
“Xəstəlik niyə Çinin qalan hissəsinə yayılmadı?” - Tramp Çini ittihamda davam edir

ABŞ Prezidenti Donald Tramp koronavirus ətrafında yaranmış vəziyyətlə bağlı Çinin onu məyus etdiyini açıqlayıb.

Medicina.az xəbər verir ki, ABŞ prezidenti COVID-19-un nəyə görə Çinin digər rayonlarına yayılmadığı sualını dilə gətirib:

“Ancaq onlar xəstəliyin dünyanın qalan hissəsinə, o cümlədən, ABŞ-a keçməsinə mane olmadılar.

Nəyə görə bu problemi həll etməyə kömək olmaq üçün bizi buraxmadılar? Buna görə də Çin məni çox məyus etdi”.