Dil xərçəngi - Səbəbləri, müalicəsi

  • 2019.11.04 10:39
  • 19272 Baxış
Dil xərçəngi -  Səbəbləri, müalicəsi

Ağız boşluğu, damaq,
ağız içi selikli qişanın xəstəlikləri, damaq problemləri, dodaq, ağız içi, dil
xərçəngi hazırda dünyada sürətlə artıq. Dünya əhalisinin 50%-I, təxminən 4
milyarda yaxın insan ağız içi xəstəliklərə yoluxub. Ağız içinə aid xərçəng isə
15 ən geniş yayilmış onkoloji xəstəliklər siyahısındadır.




 


Medicina.az xəbər verir ki, dünya alimləri
insanların ağız boşluğu infeksiyaları və gigiyenasına lazımi səviyyədə diqqət
ayırmadıqca, problemin ciddiyətini anlamayınca vəziyyət daha da pisləşəcək.


 


 


 


 


"İnsanlar hələ də başa düşmür ki, ağız işi
də digər orqanlar kimi bir orqandır və ağır xəstəlikləri insan üçün təhlükəli
və ölümcül ola bilər. Ağız içində təkcə diş, karies olmur. İnkişaf etmiş
ölkələrdə ağız içi xəstəliklərin öncədən profilaktikasına diqqət və vaxt
ayrılır, nəinki sonradan müalicəsinə”.


 


Avropa Birliyində stomatoloji xidmət və müalicə
bahalılığına görə 3-cü yerdə durur. Diş, dil və ağız içi müalicəsi diabet və
ürək-damar xəstəlikləri qədər vacibdir.


 


 


 


Dişləri qorumaq və profilaktika üçün saqqız, diş
məcunu və məhlulların reklamından başqa birşey düşünülmür. Hansı ki, bunlar
problem yaradan səbəblər deyil. İnsanlar dişləri məhv edən daha real səbəblərlə
mübarizə aparmalıdır.


 


 


Dil xərçəngi yastı epitelidən
ibarət olan bədxassəsi şişdir. Statistikaya əsasən, dil xərçəngi əksər hallarda
kişilərdə inkişaf edir. Xəstəliyə əsasən daha yaşlı insanlarda təsadüf edilir,
lakin bəzən bu xəstəlik daha cavan insanlarda da inkişaf edir. Şiş əsasən dilin böyür
hissəsində, daha nadir hallarda dilin altında, kökündə və uc hissəsində inkişaf
edir.


 



Xəstəliyin əsas yaranma
səbəbləri:


- Siqaret çəkmək


- Kimyəvi yanıqlar


- Spirtli içkilərin qəbulu


- Çox isti qidaların və içkilərin daim qəbulu


- İrsiyyət.


- Dilin xroniki travmaları
(məsələn, sınmış dişin iti hissəsi dili daim kəsdikdə və ya yaxşı
"oturmayan" protez dili daim zədələdikdə və s.)


 


 


Dil xərçəngi çox tez bir
zamanda limfa düyünlərinə metastaz verir (yayılır). Bu səbəbdən dil xərçənginin
vaxtında aşkar olunması və müalicənin düzgün aparılması olduqca vacibdir.


 


Müalicəsi:


Xəstəliyin ilkin
mərhələlərində başlayarsa,xəstələr
əksər hallarda tam sağalır. Lakin daha gecikmiş mərhələlərdə xəstəliyin
proqnozu pis olur.


Xəstəliyin əsas simptomu
dilin üzərində (əsasən böyür hissəsində) kiçik (1 sm kimi) xoranın əmələ
gəməsidir. Xora tədricən böyüyür, əvvəllər ağrı vermir və heç bir müalicəyə
tabe olmur. Xəstəlik inkişaf etdikcə boyun limfa düyünləri böyüyür, dildə
göynəmə, qaşınma, ağrılar əmələ gəlir. Ağrılar dildə hiss olunur, qulağa, ənsə
və gicgah nahiyələrinə yayılır. Daha sonra boyunda, üzdə ödem əmələ gəlir, ağız
suyunun ifrazı artır, ağızdan pis qoxu gəlməyə başlayır.


 


 


 


 


Dil xərçəngi xəstəliyinin
əvvəlində şiş həmçinin ağ ləkə, dil toxumasının bərkiməsi, papilloma şəklində
ola bilər. Bu səbəbdən dilin üzərində istənilən törəmə onkoloqa müraciət üçün səbəb olmalıdır. Dəqiq diaqnoz biopsiya
nəticəsində qoyulur, törəmənin mikroskopik hissəsi götürülür və müayinə
edilir.


Dil xərçənginin müalicəsi
cərrahi əməliyyat, kimyəvi və şüa terapiya vasitəsilə həyata keçirilir. Müalicə
metodu xəstəliyin mərhələsindən, xəstənin yaşından, xəstədə digər xəstəliklərin
olub-olmamasından və s. amillərdən asılı olaraq fərdi şəkildə seçilir.


 


 


Dil xərçəngi zamanı əsas
müalicə metodu cərrahi əməliyyat sayılır. Əməliyyatdan sonra xəstəyə şüa
terapiyası təyin oluna bilər. Əgər xəstəlik gecikmiş mərhələlərdə aşkar
olunubsa, cərrahi əməliyyat tətbiq olunmur.


 


 

Dil xərçəngi -  Səbəbləri, müalicəsi
Dil xərçəngi -  Səbəbləri, müalicəsi
Dil xərçəngi -  Səbəbləri, müalicəsi
Dil xərçəngi -  Səbəbləri, müalicəsi