Hindistanda kəskin epidemiyadan 128 uşaq ölüb

  • 2019.06.19 12:36
  • 3704 Baxış
Hindistanda kəskin epidemiyadan 128 uşaq ölüb

Hindistanın şimal-şərqindəki Bihar ştatında kəskin ensefalit epidemiyasından üç həftədən az müddətdə 128 uşaq ölüb.


Xəstəlik ən çox Müzəffərpur rayonunda yayılıb.


Yerli KİV-in məlumatına görə, hazırda ştat xəstəxanalarında 450-yə yaxın uşaq müalicə olunur. Bəzilərinin vəziyyəti kritik olaraq qiymətləndirilir.


Kəskin ensefalit epidemiyasının yayılmasının səbəbi kimi həkimlər regionda davam edən yüksək rütubətli anomal istiliyi göstərir. Daha əvvəl isə mütəxəssislər xəstəliyin simptomlarını tərkibində uşaq sağlamlığı üçün təhlükəli toksinlər olan liçi meyvəsindən zəhərlənmə əlamətləri kimi qəbul edirdi.