Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kondisioner istifadəsində 4 səhv - Baş ağrısına səbəb olur

  • 2025.07.01 12:01
  • 217 Baxış
Kondisioner istifadəsində 4 səhv -  Baş ağrısına səbəb olur

Türkiyəli mütəxəssis Dr. Murat Yaycı, kondisionerlərin səbəb olduğu baş ağrılarına qarşı xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, kondisionerlərdən şüursuz istifadənin təkcə rahatlığa deyil, sağlamlığa da mənfi təsir göstərə biləcəyini vurğulayan Dr.Yaycı, baş ağrılarının ən çox görülən şikayətlərdən biri olduğunu bildirib. O, bu problemin arxasında duran dörd əsas amili sadalayıb:



1. Kondisionerdə maye itkisi: Gizli təhlükə

Kondisionerlər işləyərkən içində olduqları mühitin rütubətini udur və bu da bədəndə maye itkisinə səbəb ola bilər. Xüsusilə kifayət qədər su içilmədikdə bu vəziyyət baş ağrıları, halsızlıq və hətta təzyiq problemləri ilə özünü göstərə bilər. Bu səbəblə Dr.Yaycı kondisionerin altında keçirdiyi saatlarda bol su içməyin vacibliyini vurğulayıb.

2. Həddindən artıq soyuq hava: Damarlarınız reaksiya verir

Kondisionerin temperaturunun çox aşağı salınması damarların, xüsusən də baş və boyun nahiyəsində daralmasına və baş ağrılarına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, ətraf mühitin temperaturunu sabit və balanslı saxlamaq və kondisionerin fasilələrlə işləməsini təmin etmək belə ağrıların qarşısını ala bilər.

3. Çirkli filtrlər

Kondisionerin mütəmadi olaraq təmizlənməyən filtrləri toz, polen, kif və heyvan tükləri kimi allergenləri yenidən ətrafa yayaraq sinus tıxanıqlığına, gözlərin yanmasına və baş ağrılarına səbəb ola bilər.

Dr.Yaycı filtr təmizliyinin ən az ayda bir dəfə edilməsi lazım olduğunu bildirir.

4. İnfeksiya riski

Qapalı yerlərdə uzun müddət işləyən kondisionerlər xüsusilə virus və bakteriyaların yayılmasına səbəb ola bilər. Qrip kimi hava-damcı xəstəliklərinin daha sürətlə yayılması üçün mühit təmin edən bu cihazlar baş ağrıları ilə yanaşı ciddi tənəffüs yolları xəstəliklərini də artıra bilər. Xəstə insanların olduğu mühitlərdə kondisionerlərdən istifadə edərkən diqqətli olmaq lazımdır.



Məsləhətlər:

"Kondisionerinizin texniki xidmətini mütəmadi olaraq etdirin, su içməyi unutmayın, sərinləmək üçün sağlamlığınızı riskə atmayın. Baş ağrılarınız tez-tez və ya şiddətlənirsə, mütləq həkimə müraciət edin və müvafiq müalicə dəstəyi alın. Kondisionerlər düzgün istifadə edildikdə faydalı, yanlış istifadə edildikdə isə zərərlidir".

Aygün
Medicina.az


Kondisioner istifadəsində 4 səhv -  Baş ağrısına səbəb olur