Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toy gecəsi gəlin ərinə bıçaq çəkdi

  • 2025.07.01 23:00
  • 190 Baxış
 Toy gecəsi gəlin ərinə bıçaq çəkdi


Prayaqracda (Hindistan) toya toplaşan qonaqlar bu dəqiqə yeni evlənənlərin yataq otağında baş verənlərdən xəbər tutanda şok keçiriblər.

“Medicina” xəbər verir ki, Nişad adlı gənc ər toy gecəsi arvadı Sitarənin təhdidinə məruz qalıb.

Gəlin bıçaq çıxararaq kişini 35 parçaya bölməklə hədələyib. Məlum olur ki, başqasını sevən Sitarə məcburi ərə getsə də, o, evlilik yatağına girməmək üçün belə edib.


Nişad tam üç gün əzab çəkdi, yuxuda yatmaqdan, bıçaqlanmaqdan qorxurdu, sonra anasına şikayət etdi. Gəlinin valideynlərinə məlumat verildi və onlar qızın başqa bir kişi haqqında fikirlərini başından atmağa inandırdılar.


Lakin cəmi bir neçə gündən sonra Sitarə ərinin evindən qaçıb. Polis bildirib ki, onlar münaqişə tərəflərinin hər ikisini danışıqlara başlamağa razı salıblar. Sitarə bəyin evinə qayıtmayacağını bildirib.


Aygün Musayeva