Özbəkistanda döyülən həkimin aldığı xəsarətdən gözləri tutulub.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, həkimin döyülməsinə səbəb müayinə etdiyi uşaq olub. Belə ki, uşağın dayısı, 29 yaşlı şəxs müalicə prosesindən narazı qalıb. Buna görə də o həkimi vəhşicəsinə döyüb.
Hadisə nəticəsində həkim kəllə-beyin travması alıb və gözləri tutulub. Həkimlər ona müdaxilə etsə də, onun görməsini bərpa etmək mümkün olmayıb.
Polis həkimi döyən şəxsi həbs edib.