Xəstəxana və həkimlər əziyyət çəkir - Deputat tibbi məhsulların satınalmasından danışdı - VİDEO

  • 2026.07.08 22:44
  • 105 Baxış
Xəstəxana və həkimlər əziyyət çəkir -  Deputat tibbi məhsulların satınalmasından danışdı - VİDEO

Millət vəkili, Səhiyyə Komitəsinin üzvü, kardiocərrah Rəşad Mahmudov Milli Məclisin növbədənkənar plenar iclasında "Dövlət satınalmaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Medicina.az xəbər verir ki, o, çıxışında səhiyyə sahəsində dövlət satınalmalarının mövcud mexanizmləri, onların praktik tətbiqində qarşıya çıxan çətinliklər və bu istiqamətdə təkmilləşdirmə zərurəti ilə bağlı fikirlərini bölüşüb.

Deputat qeyd edib ki, şəffaflıq prinsipləri qorunmaqla yanaşı, səhiyyənin spesifik xüsusiyyətlərini nəzərə alan daha çevik və səmərəli satınalma mexanizmlərinin formalaşdırılması ölkəmizdə tibbi xidmətin keyfiyyətinə mühüm töhfə verəcək:
"Əminliklə deyə bilərəm ki, bu problem ayrı-ayrı qurumların deyil, müxtəlif dövlət qurumlarının səlahiyyətlərinin kəsişdiyi və koordinasiyalı yanaşma tələb edən sistem xarakterli bir məsələdir. Satınalmaların təşkili, maliyyələşmə, xəzinədarlıq nəzarəti və tibb müəssisələrinin idarə olunması müxtəlif dövlət institutlarının səlahiyyətlərinə aid olduğundan, bu istiqamətdə aparılacaq islahatların da yalnız qarşılıqlı əməkdaşlıq və vahid yanaşma əsasında uğurlu nəticə verəcəyinə inanırıq"

Daha ətraflı videoda:



Aygün
Medicina.az