Respublika Klinik Xəstəxanasında karantin qaydaları pozulub? - AÇIQLAMA

  • 2021.03.02 11:04
  • 1062 Baxış
 Respublika Klinik Xəstəxanasında karantin qaydaları pozulub? -   AÇIQLAMA

Ötən gün sosial şəbəkədə Bakıdakı xəstəxanaların birində karantin qaydalarını alt-üst edən mənzərə ilə bağlı paylaşım edilib.

Medicina.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinka şöbəsindən gedir. Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların növbəsiz şəkildə kabinetlərə daxil olduğu və dəhlizlərdə sıxlıq yarandığı müşahidə edilir.

Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanasının direktoru Telman İbadov bildirib ki, sosial şəbəkədə yayılan foto kəskin hava şəraiti müşahidə edilən zaman lentə alınıb:

“Xəstəxanada sıxlıq hava şəraiti ilə əlaqədar yaranıb. Bir qədər sonra isə növbəlilik prinsipi tənzimlənib”.