Abşeron rayon mərkəzi xəstəxanası üçün yeni bina tikilir

  • 2019.06.04 17:55
  • 14537 Baxış
Abşeron rayon mərkəzi  xəstəxanası üçün yeni bina tikilir
 


 Abşeron rayon mərkəzi xəstəxanası üçün də yeni bina tikilir.

 

Medicina.az xəbər verir ki, xəstəxananın əvvəlki binasının yararsız vəziyyətdə olması və əhalinin sayının artması yeni binanın inşasına zərurət yaradıb. Bu məqsədlə tikinti işlərinə başlanılıb. 145 çarpayılıq, 8 korpuslu, 3 mərtəbəli və 4 hektar ərazidə inşa edilən səhiyyə ocağının tikinti sahəsi 6300 kvadratmetrdir. Tibb ocağı təhvil verildikdən sonra rayonun bütün kənd və qəsəbə sakinləri buradan yararlana biləcək.