Qəbələdə toyda zəhərlənənlərin sayı 75-ə çatdı

  • 2019.08.06 09:32
  • 9866 Baxış
Qəbələdə toyda zəhərlənənlərin sayı 75-ə çatdı
Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub. Səhiyyə Nazirliyindən medicina.az-a verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib. Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb. Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir. *** Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qonaqlardan 72 nəfəri qidadan zəhərlənib. Zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. *** Hazırda daxil olmuş məlumat əsasında agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva Axar.az-a açıqlamasında bildirib. Məlumata əsasən, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. *** Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən medicina.az-a verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.