Xəstəxanalarda ölümcül infeksiyalar yayılıb – Xəbərdarlıq

  • 2021.01.18 17:21
  • 1538 Baxış
Xəstəxanalarda ölümcül infeksiyalar yayılıb  – Xəbərdarlıq


Koronavirus pandemiyası dövründə xəstəxanalarda pasiyentlərin kütləvi olaraq Candida auris göbələyinə yoluxma epidemiyası ola bilər.
Bu patogen çox hallarda ağır reanimasiya xəstələrinin ölümünə də səbəb olur.


Medicina.az xəbər verir ki, bu nəticəyə Meksikanın Nuevo Leon universitetinin mikrobioloqları gəliblər.
Onlar bildirir ki, reanimasiyalarda xəstələri 80% hallarda öldürən koronavirusla yanaşı göbələk sepsisidir.


Alimlərin sözlərinə görə, hətta ən müasir göbələk əleyhinə preparatların təyini belə effekt vermir və göbələklər dərmanlara qarşı güclü rezisdentlik göstərir.


Mütəxəssislər xəbərdar edir ki, əgər bu göbələk növü bütün xəstəxanalarda yayılarsa, bu dünyada bundan sonra da hətta koronavirussuz minlərlə xəstənin ölümünə səbəb olacaq.

Meksikalı alimlərin rəyini Meçnikov adına institutun kafedra rəhbəri Nikolay Klimko da təsdiq edib.
O qeyd edib ki, kandidoz ocaqları artıq Moskva və Sankt –Peterburq xəstəxanalarında yaranıb.


Həqiqətən bu göbələk səhiyyə və xəstələr üçün ciddi problemdir. Onun diaqnostikası da, müalicəsi də çətindir.