Xəstəxanalarda struktur dəyişikliyi: sözçü vəzifəsi yaradıldı

  • 2021.11.03 16:59
  • 1167 Baxış
Xəstəxanalarda struktur dəyişikliyi:  sözçü vəzifəsi yaradıldı
Bir sıra xəstəxanalarda struktur dəyişikliyi aparılıb, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri ştatı yaradılıb.

Bu barədə Medicina.az -a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən bildirilib.

"Dövlət xəstəxanaları artıq publik hüquqi şəxs statusunda fəaliyyət göstərirlər. Yeni struktura uyğun olaraq tibb mərkəzləri və xəstəxanalara ardıcıl olaraq ictimaiyyətlə əlaqələr üzrə əməkdaşlar cəlb edəcəklər", - qurumdan qeyd edilib.