Xolesterini yüksək olan şəxslərin pendirdən tamamilə imtina etməsinə ehtiyac yoxdur.
Medicina.az xəbər verir ki, lakin doymuş yağlarla zəngin pendirləri, xüsusilə də brini daha az və nadir hallarda istehlak etmək tövsiyə olunur.
Dietoloqlar gündəlik qidalanmada qismən yağsız mozzarella, feta, təzə keçi pendiri, rikotta və kəsmik kimi daha yüngül seçimlərə üstünlük verməyi məsləhət görür. Pendir porsiyasının isə təxminən 30 qram olması tövsiyə edilir.
Mütəxəssislər pendiri tərəvəz, meyvə, paxlalılar və tam taxıllı məhsullarla birlikdə yeməyin daha balanslı seçim olduğunu bildirirlər.